Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin yeni sınağı: çevriliş cəhdinin geosiyasi aspektləri

Türkiyənin yeni sınağı: çevriliş cəhdinin geosiyasi aspektləri

Qardaş ölkə bir qorxulu gecə də yaşadı. İyulun 15-də bir qrup hərbçi çevriliş etmək üçün hərəkətə keçdi, Türkiyə ordusunun müasir silah-sursat və döyüş texnikasından istifadə etməklə dövlət orqanlarını ələ keçirməyə cəhd göstərdi. İlk baxışdan qrupun qarşısını almaq çox çətin görünürdü. Lakin Türkiyə cəmiyyəti növbəti dəfə öz sayıqlığını və siyasi yetkinliyini nümayiş etdirdi. İnsanlar küçələrə və meydanlara çıxaraq çevrilişin reallaşmasına imkan vermədilər. Qəhrəman Türk xalqı bir daha tarix yazdı. Baş verənlərin yalnız Türkiyə sərhədləri ilə məhdudlaşdığını düşünmək doğru olmazdı. Yaxın Şərqdə və bütövlükdə qlobal siyasətdə müşahidə edilən proseslərin fonunda hərbi çevriliş cəhdinin ciddi məqamlarla bağlı olması qənaəti yaranır. Burada həm konkret olaraq Türkiyənin, həm də İslam aləminin gələcəyi ilə əlaqəsi olan əhəmiyyətli faktorlardan bəhs etmək olar. Məlumdur ki, bir sıra dairələr islamofobiya mərəzinə düçar olublar. Onlar müsəlmanlara qeyri-obyektiv münasibət bəsləyir, onların hüquqlarını tapdalayır, ölkələrə qarşı ikili standartlar siyasəti yeridirlər. Nəticədə, meydana xeyli sayda süni yaradılmış problemlər çıxır. Türkiyədə cərəyan edən proseslərə bu amillər müstəvisində yanaşdıqda, maraqlı faktorlar üzə çıxır.

Demokratiya imtahanı: hərbi qiyamın yatırılması

Türkiyə dövlətçilik tarixində qorxulu bir fəlakətin qarşısını ala bildi. İyulun 15-də gecə saatlarında başlayan və ordunun rəhbərliyində olan bir neçə general tərəfindən idarə olunan qiyam ölkəni silkələdi. Bəzi hərbi hissələrin iştirakı ilə Türkiyənin dövlət orqanlarını ələ keçirməyə çalışan çevrilişçilər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahını və parlamentin binasını bombalamaqdan belə çəkinmədilər. Onlar küçələrə çıxıb etiraz edən dinc vətəndaşları da tanklarla əzməyə çalışır, helikopterlərdən atəşə tuturdular. Aydın görünürdü ki, dövlət orqanlarını zəbt edərək, onların işini iflic etmək və ölkəni xaosa sürükləmək planı vardır. Ancaq şükür ki, bu niyyət baş tutmadı.

Türkiyə Misirin taleyini təkrarlamadı. Burada tarixi aspektdə çox vacib məqamlar vardır ki, onların üzərində dayanmağa ehtiyac duyuruq. Hər şeydən əvvəl, Türkiyə cəmiyyəti yetkinliyini sübut etdi. Məhz vətəndaşların dövlət başçısının çağırışı ilə küçələrə və meydanlara axışaraq, hərbi çevrilişə "yox" deməsi situasiyanı kardinal surətdə dəyişdi. Cəmiyyət demokratiyaya və Türk dövlətçiliyinə olan həssaslığını dünyaya nümayiş etdirdi. Tanklar, zirehli maşınlar, helikopterlər və "F-16" döyüş təyyarələri Türkiyə vətəndaşlarının iradəsini qıra bilmədi. Teleekranlarda göstərilən kadrlardan da göründüyü kimi, insanlar böyük bir cəsarətlə tankların və zirehli maşınların üstünə gedir, əsgərlərin qarşısını kəsməyə çalışırdılar.

Onlar hərbçiləri yola gətirdilər. Bir çoxları könüllü olaraq silahını təhvil verib, xalqa təslim oldu. Türkiyəli insanlar üsyanın qarşısını sivil yolla aldılar. Onlar, əslində, öz övladlarını fəlakətdən qurtarmağa çalışırdılar. Buna ona görə nail oldular ki, ordu ilə xalq, hakimiyyətlə cəmiyyət birliyi mövcuddur. Türklər öz əsgərlərini sevdiklərini, hərbçilər də bütövlükdə xalqa qarşı çıxa bilməyəcəyini nümayiş etdirdilər.

Başqa məqam Türkiyə təhlükəsizlik orqanlarının çevikliyi ilə bağlıdır. Onlar kifayət qədər peşəkarlıq və cəsarətlə hərbi çevrilişin baş tutmasına imkan vermədi, sürətlə aparılan əməliyyatlarla təşkilatçıları zərərsizləşdirib, prosesləri nəzarətə aldılar. Bu da Türkiyənin dövlət olaraq yüksək inkişaf səviyyəsində olmasını təsdiqləyən faktlardan biridir.

Nəhayət, Türkiyə rəhbərliyi təmkin, səbir və dözümlülük nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan çevriliş baş verən saatlarda İstanbula gələrək, KİV nümayəndələrinə mətbuat konfransı keçirdi. Bununla o, iş başında olduğunu və çevrilişin qarşısının alınacağını nümayiş etdirdi. Doğrudan da, qısa bir zamanda hərbi çevriliş edənlər zərərsizləşdirildilər. Ancaq vurulan ziyan ciddidir.

200-dən çox insan həyatını itirdi. Minlərlə əsgər həbs edildi. 2745 hakim və vəkil barədə cinayət işi başlandı. Bir neçə general tutuldu. Parlamentin binasına ciddi maddi ziyan vuruldu. Türkiyə tarixində ilk dəfə olaraq Böyük Millət Məclisinin binası bombalandı. Daha təhlükəlisi isə odur ki, cəmiyyətdə bir psixoloji gərginlik meydana gəldi. Şübhəsiz, hakimiyyət bunun aradan qaldırılması istiqamətində kompleks işlər görməyə başlayıb. İnkişafa istiqamətlənmiş psixoloji vəziyyətdə olan və davamlı uğurlar əldə edən Türkiyə cəmiyyəti üçün belə bir əhval-ruhiyyənin bərpası çox önəmlidir.

Terrordan çevrilişə qədər: sifarişçilər və onların qurbanları

Baş verənlərin geosiyasi aspektləri də çox əhəmiyyətlidir. Neçə vaxtdır ki, Türkiyə terrorun hədəfinə çevrilib. Müxtəlif radikal separatçı və terrorçu təşkilatlar ölkədə qətllər törədir, dövlət və mülki obyektləri partladırlar. Bunlar Yaxın Şərqdə müşahidə edilən və demək olar ki, ərəb-müsəlman ölkələrinin hamısını əhatə edən silahlı toqquşmalar, məzhəb savaşları, üsyanlar, humanitar böhranlar fonunda baş verir. Türkiyə regionda getdikcə sayı artan qaçqınlara qucaq açır, müsəlmanlar arasında müharibənin olmaması üçün ciddi işlər görür. Belə bir vaxtda həm rəsmi Ankaraya qarşı böhtanlar atılır, həm də hərbçilərin qiyamı təşkil edilir. Avropada isə bir "erməni soyqırımı"nı tanıma dalğası başlayır.

Bunlar aydın göstərir ki, bütövlükdə İslam dünyasına və onun mühüm tərkib hissəsi olan Türkiyəyə qarşı müəyyən dairələr düşməncəsinə planlar həyata keçirməkdədirlər. Hərbi çevrilişə cəhd bu kontekstdə heç də təsadüfi hadisə kimi görünmür. Məqsəd, ümumiyyətlə, türk-müsəlman dövlətçiliyinə ciddi zərbə vurmaqdan ibarətdir. Türkiyəni xaosa sürükləmək mümkün olsaydı, ümumən İslam coğrafiyasında ciddi problemlər meydana gələrdi. O cümlədən Cənubi Qafqazda situasiya daha da mürəkkəbləşərdi.

İndi Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdi Yaxın Şərqin geosiyasi mənzərəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. İlk növbədə, bu üsulla müsəlman ölkələrində hakimiyyət dəyişikliyi prosesinin qırıldığına əminlik yarandı. Demokratiya yolu ilə siyasi fəaliyyətin üstünlükləri daha qabarıq özünü göstərməyə başlayacaq. Türkiyənin timsalında həm də Yaxın Şərq ölkələrini qarışdırmaq imkanlarının məhdud olduğu da təsdiqləndi.

Yuxarıda vurğuladığımız məqamlar müstəvisində Qərb siyasi və ekspert dairələrinin Türkiyədə baş verənlərə münasibəti maraq doğurur. Vaşinqton və Paris qanuni seçilmiş hakimiyyətin yanında olduqlarını bəyan ediblər. Hətta Ağ Ev BMT-yə Ankaranı müdafiə edən bir sənəd hazırlayıb. Lakin Misir onun qəbul edilməsinə qarşı çıxıb. Səbəb kimi də o göstərilib ki, BMT hansı hakimiyyətin qanuni, hansının qanunsuz olduğunu müəyyənləşdirə bilməz. Aydın görünür ki, Sisi iqtidarı öz taleyindən narahatdır.

KİV isə məsələni NATO və Qərblə Türkiyənin əməkdaşlığı aspektində, xüsusilə İŞİD-ə qarşı mübarizə kontekstində analiz etməyə çalışır. "The Guardian" qəzeti hesab edir ki, Türkiyədəki hadisələr NATO və Yaxın Şərqə təsir edə, xaos ətraf regionlara yayıla bilər (bax: Turkey coup attempt could destabilize ally in region reeling from terrorism / "theguardian.com", 16 iyul 2016).

"The Washington Post" isə baş verənləri "pis xəbər" kimi təqdim edib. Bu nəşrin də problemi terrorla mübarizədə ABŞ və müttəfiqlərinin Türkiyəni itirə bilməsindən ibarət imiş. Çünki Türkiyə Suriyada antiterror əməliyyatları üçün baza rolunu oynayır və Avropanı miqrasiya axınından qoruyur (bax: The coup in Turkey, even if it fails, could lead to uncertainty in anti-ISIS fight / "washingtonpost.com", 16 iyul 2016).

"NBC News" isə NATO-nun işə qarışmayacağından bəhs edir. Çünki Şimali Atlantika Alyansı yalnız kənardan müdaxilə olduğu halda öz üzvünü müdafiə edir. "USA Today" Türkiyəni Misirlə müqayisə etməyə çalışır. Bu nəşrin fikrincə, İslam xəttini seçməklə Ərdoğan "Müsəlman qardaşları"nın səhvini təkrarladı (bax: First Take: Turkey coup attempt has parallels to Egypt / "usatoday.com", 15 iyul 2016). Belə çıxır ki, Qərbi Türkiyə dövlətçiliyi deyil, özünün geosiyasi maraqlarına uyğun gələn məqamlar maraqlandırır.

Bunların fonunda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın çevrilişə cəhdlə bağlı geosiyasi kontekstli fikirlərində maraqlı məqamlar vardır. O deyib ki, "Türkiyənin sabitliyi Qərb üçün, xüsusilə ABŞ üçün əhəmiyyətlidir. Türkiyə Yaxın Şərqdəki iki demokratiyadan biridir. Türkiyənin demokratik dövlət kimi mövcudluğu İŞİD-in orta əsrlər fanatizminə qarşı əks arqumentdir" (bax: Metyu Brayza: Sabit Türkiyə terrorçuluğa qarşı güclü əks arqumentdir / "Trend", 16 iyul 2016).

Lakin düşündürücüdür ki, Türkiyənin bu tarixi funksiyanı yerinə yetirə bilməsi üçün Qərbin ona lazımi dəstəyi hiss edilmir. Belə ki, Vaşinqton və Brüsseldən Ankaranın PKK-ya qarşı hərbi əməliyyatları dayandırması ilə əlaqədar mesajlar gəlir. Yəni terrorçulara şans verilsin ki, özlərini toparlayıb ölkədə növbəti terror dalğası yaratsınlar. Əslində, PKK-çıların bir çoxu hələ də Avropa ölkələrində sərbəst dolaşır və Türkiyəyə qarşı fəaliyyət göstərirlər.

Başqa bir misal Suriya hadisələri ilə bağlıdır. Ankaranın israrlarına baxmayaraq, ABŞ başda olmaqla, Qərb ölkələri Suriyadan qaçqınların axınının dayandırılması üçün ciddi addımlar atmırlar. Onlar Suriyanın şimalında Türkiyənin sabitliyi və təhlükəsizliyi üçün mühüm əhəmiyyəti olan xüsusi zolaq yaratmaq istəmirlər. Nəticədə, həm Suriyadan Türkiyəyə çoxlu sayda terrorçu sızır, həm Ankara milyonlarla suriyalı qaçqını öz ərazisində saxlayır və zaman-zaman terror aktlarına meydan olur.

Son zamanlar həmin terror hadisələrini PKK və İŞİD törədir. Bu üsullamı Qərb Türkiyəni İŞİD təbliğatına qarşı dura biləcək demokratiya məkanı etmək arzusundadır? Burada M.Brayzanın yuxarıdakı mövqeyi ilə sadalanan faktlar arasında ziddiyyət açıq görünür.

Lakin o da aydın olur ki, bəzi müsəlman dövlətləri təhlükəsizliklərini təmin etməyə qadirdirlər. Bu həqiqətin dərk edilməsi Qərbin müəyyən dairələrinə islamofobiyanın perspektivsiz olduğunu anlada bilər. Onlar müstəqilliklərini əldə etmiş ölkələrdə "rəngli inqilablar"ın təşkilinə cəhdlərin nəticəsiz olduğuna nəhayət ki, inanmalıdırlar.

Sirr deyil ki, uzun illərdir Cənubi Qafqazda "rəngli inqilablar" həvəsinə düşənlər vardır. Onları kənardan həvəsləndirərək, demokratiya, azadlıq, insan haqları kimi gəlişigözəl terminləri əzbərlədərək öz dövlətlərinə qarşı üsyana qaldırmağa çalışırlar. Ukrayna, Gürcüstan, Qırğızıstan bu kimi əməllərin qurbanı olublar. Bu ölkələr hələ də düşdükləri bataqlıqlardan çıxa bilmirlər. Türkiyədə çevriliş uğurlu olsaydı, bəlkə də ortaya "rəngli inqilablar"ın yeni növü atılacaqdı. Bu aspektdə türklərin radikalizmə, qiyama, qanunsuz hakimiyyət dəyişikliyinə "dur" deməsi region dövlətləri üçün strateji əhəmiyyət kəsb edir.

Azərbaycanın dəstəyi: demokratiya və dövlətçilik naminə

Türkiyədə baş verənlərə rəsmi Bakı əsl qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq mövqeyindən yanaşdı. Ölkə rəhbəri qardaş ölkədəki hadisələri gecə boyu narahatlıqla izləyib. İlham Əliyev Türkiyə rəhbərliyinə dəstəyini ifadə edən xüsusi mesaj göndərib. Mətndən Prezidentin səmimiyyət və ürək yanğısı ilə Türkiyədəki olaylara münasibət bildirdiyi aydın görünür. Ölkə başçısı vurğulayıb: "Ötən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələri böyük narahatlıqla və üzülərək izlədim. Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətdir.

Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir" (bax: Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana / AZƏRTAC, 16 iyul 2016).

Azərbaycan Prezidenti həm də xalqın seçiminə, demokratiyaya, Konstitusiyaya sədaqətlilik və hörmətin əsas şərt olduğunu önə çəkir. Dövlət başçısı Türkiyə cəmiyyətinin qanuni seçiminin və demokratik dövlət quruculuğu xəttinin əsas olduğunu qeyd edir. İlham Əliyev "Bir millət, iki dövlət" formulunda sivil dövlətçiliyə, demokratik idarəetməyə və milli suverenliyə rəsmi Bakının bir daha ciddi üstünlük verdiyini ifadə edib. Bu, prinsipial əhəmiyyətli məqamdır. Konkret desək, Azərbaycan Prezidenti qardaşlıqla yanaşı, Türkiyədə demokratiya, qanunçuluq və müstəqil dövlətçiliyin hökm sürməsini olduqca vacib faktor saydığını nümayiş etdirib.

Prezidentin məktubunda başqa vacib məqam Türkiyə hakimiyyəti ilə xalqın birliyinə böyük önəm verilməsidir. Müasir dövrdə bu, dövlətçilik baxımından hətta strateji əhəmiyyəti olan bir məsələdir. Müqayisə üçün deyək ki, sosioloqlar Qərb cəmiyyətində hakimiyyətlə xalq arasında bir sosial-psixoloji və ideoloji uçurumun yarandığı qənaətindədirlər.

Bunun təsdiqi kimi "Brexit"lə əlaqədar keçirilən referendumda ingilis cəmiyyətinin elitası ilə sadə vətəndaşların mövqeyindəki fərqlər göstərilir. Mütəxəssislər hesab edirlər ki, Qərb hakimiyyət orqanları uzun illərdir ki, cəmiyyətin sadə kəsimi ilə normal əlaqələr qura bilmir, onların hansı ideallarla yaşadığından xəbərləri yoxdur və buna görə də onların fikirləri siyasətçilərin fikirlərindən fərqlənir. Bu uçurumun dərinləşərək Qərb cəmiyyətini növbəti fəlakətlərə apara biləcəyindən ehtiyat edilir. Bunun fonunda Türkiyə və Azərbaycanda hakimiyyət-xalq birliyinin konkret situasiyalarda öz təsdiqini tapması böyük müsbət hadisədir.

Onu deyək ki, müəyyən mənada Prezident Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün çox çətin olan zamanlarda istifadə etdiyi üsuldan - xalqı qiyamçılara qarşı birləşməyə çağıran metodundan yararlandı. Bu, müasir siyasi nəzəriyyədə radikal olmayan, güc tətbiq etmədən müqavimət, dirəniş göstərmək üsuludur və çox demokratik yoldur. Bütün bu səbəblərə görə rəsmi Bakının Türkiyədə çevriliş cəhdinə münasibətini bütün dünya üçün nümunə hesab etmək olar.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bu kontekstdə jurnalistlərə açıqlamasında maraqlı fikirlər ifadə edib. O bildirib: "Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır" (bax: Novruz Məmmədov: "Azərbaycan Türkiyədəki hərbi çevriliş cəhdini qətiyyətlə pisləyir və qəbuledilməz sayır" / APA, 16 iyul 2016).

Fikirlərini inkişaf etdirən Novruz Məmmədov onu da diqqətə çatdırıb ki, Türkiyə çox dəyişib və "artıq belə çevriliş cəhdləri reallaşa və qəbul edilə bilməz. Türkiyənin başında bu gün xalqının demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi Prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Düşünürəm ki, bu çevriliş cəhdi Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacaq" (bax: əvvəlki mənbəyə).

Qlobal siyasət kontekstində daha əhəmiyyətli bir məqam da var. Məsələ burasındadır ki, Qərb yeritdiyi siyasətin mümkün fəsadlarını daha konkret təsəvvür etmək imkanı qazandı. Türkiyə təsdiq etdi ki, onunla güc dili ilə danışmaq, inkişafının qarşısını süni yollarla, müxtəlif maneələrlə kəsmək mümkün deyil. Ankara müstəqil xarici siyasət yeritməkdə davam edəcək. Artıq onu dünya siyasətində öz sözü olan dövlət kimi qəbul etməkdən başqa çarələri qalmayıb. O cümlədən Yaxın Şərqin bir sıra ölkələri bu həqiqəti qəbul etməlidirlər.

Nəhayət, Türkiyədə baş verənlərin fonunda Azərbaycan rəhbərliyinin müstəqil xarici siyasət yeritməkdə nə dərəcədə haqlı olduğu bir daha sübut olunur. Rəsmi Bakı öz milli maraqlarını əsas götürərək heç bir kənar qüvvənin diktəsi ilə hərəkət etmir. Bununla hakimiyyət ölkənin bütün ərazisində dövlətin suverenliyini təmin etmiş olur. Ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün həmin üsulla müvafiq şərait yaradılmış olur. Dəfələrlə Azərbaycanın bu siyasi xəttinin qarşısını kəsməyə çalışıblar. Müxtəlif maneələr ortaya atılıb. İnsan haqları, söz azadlığı, milli azlıqların hüquqları, demokratiya və sair kimi epitetlərlə dövlətin dayanıqlığını sarsıtmağa cəhdlər edilib. Lakin bütün bunların hamısının qarşısını hakimiyyətin müstəqil siyasət yeritməsi kəsib. Düşmənə imkan verilməyib ki, müxtəlif yollarla cəmiyyətdə sabitliyi poza bilsin. Şübhə yoxdur ki, rəsmi Bakı bundan sonra da müstəqil xarici və daxili siyasət kursunu davam etdirəcək.

Beləliklə, Türkiyədə baş verən hadisələr bir çox mənada ibrət dərsi kimi qəbul edilə bilər. Qardaş dövlət güclü olduğunu dünyaya sübut etdi. Ankara demokratiyaya sadiqliyini göstərdi. Hər hansı radikal yolla burada uğur qazanmağın mümkünsüzlüyünü nümayiş etdirdi. Bununla da müsəlman dövlətlərin müasir inkişaf kursunu həyata keçirə biləcəyini bir sıra dairələrə başa saldı. Gözləmək olar ki, Türk cəmiyyətinin və dövlətinin bu zəfəri bütün İslam aləmində demokratik inkişafa sadiqliyi daha da gücləndirəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH