TÜRKMƏNİSTAN KOMANDASI XATİRƏ TURNİRİNİN QALİBİ OLDU
Final oyunundan əvvəll turnirin iştirakçıları, təşkilatçılar, veteran futbolçular A.Banişevskinin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar.
Üç gün davam edən yarışda “Abşeron”, “Olimpiya” və Bakının yığma komandaları ilə yanaşı, Gürcüstanın “Şevardeni” klubu, Türkmənistan və Rusiya futbolçuları da iştirak etmişlər.
Final görüşündə Bakının yığma komandası ilə Türkmənistan futbolçuları qarşılaşmışlar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda qonaqlar 6:2 hesabı ilə qələbə qazanaraq, turnirin qızıl medallarına sahib olmuşlar. Üçüncü yeri isə gürcüstanlı həmyaşıdlarını 2:1 hesabı ilə məğlub edən “Olimpiya” komandası tutmuşdur.
Turnirin bütün iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Bundan əlavə, “Olimpiya” komandasının üzvü Emin Babayev “ən yaxşı qapıçı”, “Şevardeni”nin heyətində çıxış edən Vaxtanq Çibaraşvili “ən yaxşı hücumçu”, türkmənistanlı Altınmurad Durdayev isə “ən məhsuldar oyunçu” nominasiyaları üzrə xüsusi mükafatlara layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]