TÜRKSOY BEYNƏLXALQ MÜKAFATI ÜÇÜN MÜSABİQƏNİN ŞƏRTLƏRİ MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
TÜRKSOY Beynəlxalq Təşkilatı 2003-cü ildə mədəniyyət və incəsənət sahəsində bu qurumun mükafatını almaq üçün müsabiqənin şərtlərini müəyyənləşdirmişdir.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, müsabiqəyə ədəbiyyata, incəsənətə, kinematoqrafiyaya, təsviri sənətin müxtəlif janrlarına aid, türk dünyasının ortaq mədəniyyət xəzinəsinin qorunmasına, zənginləşməsinə xidmət edən və 2001-ci ilin yanvarından sonra yaradılmış orijinal əsərlər göndərilməlidir.
Mükafata namizədlər TÜRKSOY-un üzvü olan ölkələrin mədəniyyət nazirlikləri, mədəniyyət və incəsənət sahəsində beynəlxalq təşkilatlar, yaradıcılıq ittifaqları, KİV, dövlət və qeyri-dövlət qurumları və sair tərəfindən irəli sürülə bilər. Əsərlər 2003-cü il avqustun 1-dək təqdim olunmalıdır.
Mükafatın məbləği 15 min ABŞ dollarıdır və 2004-cü ildə TÜRKSOY-un üzvü olan dövlətlərin birində təqdim ediləcəkdir.
Müsabiqənin şərtlərinin tam mətni “Mədəniyyət” qəzetinin 29 mart tarixli nömrəsində çap ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]