TÜRKSOY OPERA GÜNLƏRİ YENİDƏN BƏRPA OLUNACAQDIR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 11-dən 14-dək Türkiyənin Mərsin və Girnə şəhərlərində XI TÜRKSOY Opera Günləri keçiriləcəkdir.
Musiqi bayramında TÜRKSOY-a üzv ölkələrin sənətkarlarının ifasında milli operalardan nümunələr səsləndiriləcəkdir.
Beş illik fasilədən sonra Türkdilli Ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə bərpa olunan TÜRKSOY-a üzv ölkələrdən 23 sənətkarın iştirak edəcəyi tədbir bu təşkilatın, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Şimali Kipr Türkləri Milli Təhsil və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir.
XI TÜRKSOY Opera Günləri Şərqin ilk operası olan “Leyli və Məcnun”un 100 illiyinə həsr olunacaqdır.
Azərbaycanı və Türkmənistanı təmsil edən sənətkarlar “Leyli və Məcnun” operasından ariyalar oxuyacaqlar.
Bundan əlavə, “Leyli və Məcnun” operasının 100 illiyinə həsr olunmuş foto və afişalardan ibarət sərgi də təşkil ediləcəkdir.
XI TÜRKSOY Opera Günlərində Azərbaycandan xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, müğənnilər Gülnaz İsmayılova, Samir Cəfərov iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]