“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda konfrans keçiriləcək
Bakı, 20 yanvar, AZƏRTAC
Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXV Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, konfransda iştirak etmək üçün humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar dəvət edilir.
Konfransın məqsədi türk xalqlarının mədəniyyətinin tədqiqi sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsidir. Konfrans “Türk xalqlarının musiqi mədəniyyəti tədqiqat obyekti kimi”, “Türk xalqlarının bədii mədəniyyətinin tədqiqi problemləri”, “Aida Tağızadə – tədqiqatçı və müəllim kimi” mövzularını əhatə edir.
Beynəlxalq konfransın proqramına daxil ediləcək məruzələr 2026-cı il aprelin 5-dən gec olmayaraq türk xalqlarının dillərində, eləcə də ingilis və rus dillərində [email protected]; [email protected] e-mail ünvanlarına göndərilməlidir.
Konfransın “Zoom” platforması üzərindən keçirilməsi istisna edilmir.
Beynəlxalq konfrans haqqında daha ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]