Ucar və Zərdab rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bakı, 8 iyun, AZƏRTAC
“Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” yüksəktəzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə bağlı iyunun 9-da saat 09:00-dan işlər başa çatanadək “Ucar” Qaz Paylayıcı Stansiyasından (QPS) qidalanan “Ucar”, “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt”, “Zərdab” QPS-dən qidalanan “Zərdab”, magistral qaz kəmərindən qidalanan “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azərqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri görülən müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]