Ucarda fəaliyyət göstərən çörəkbişirmə müəssisəsində nöqsanlar aşkar olunub
Bakı, 5 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ucar şəhərinin Oğuz küçəsində fəaliyyət göstərən Qurbanov Elxan Ələkbər oğluna məxsus çörəkbişirmə müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi məlum olub. Belə ki, müəssisənin istehsal sahəsində və anbarda sanitariya tələblərinə, un məhsullarının saxlanma qaydasına və temperatur rejiminə əməl olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan yuyula bilən materiallarla təmin edilmədiyi və havalandırma sisteminin quraşdırılmadığı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]