Ucarda ölümlə nəticələnən yol qəzası baş verib
Ucar, 14 noyabr, AZƏRTAC
Ucarda maşın piyadanı vurub, hadisə ölümlə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, faciəli hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Anar İsmayıl oğlu Əliyev idarə etdiyi “Təcili tibbi yardım” maşını ilə yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-cü il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub. Süleyman Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.