UCARDA TAXIL BİÇİNİ BAŞA ÇATMIŞDIR
Ucar, 20 iyul (AZƏRTAC). Rayon icra hakimiyyətindən verilən məlumata görə, Ucar taxılçıları 10722 hektar sahədən 25102 ton məhsul götürmüşlər. Bu, ötənilkindən 1321 ton çoxdur. Artım həm məhsuldarlığın yüksəldilməsi, həm də əkin sahələrinin genişləndirilməsi hesabına əldə edilmişdir. Taxılçılığın inkişafına dövlətin xüsusi dəstəyi nəticəsində bu ilin məhsulu üçün əvvəlki ildəkindən 455 hektar çox sahədə taxıl əkilmişdi. Hektar üzrə məhsuldarlıq 23,3 sentner təşkil etmişdir. Yuxarı Şilyan, Alpout, Qazyan, Quləbənd və digər kəndlərdə daha yüksək nəticə qazanılmışdır.
Rayonun 4 özəl toxumçuluq təsərrüfatında 155 hektar sahədə Rusiyadan gətirilmiş yüksək reproduksiyalı “Krasnodar”, “Moskviç”, “Tanya” sortları əkilmiş və yüksək məhsul götürülmüşdür.
Fermerlər taxıl yığımında texnika ilə bağlı heç bir problemlə üzləşməmişlər. Biçinin vaxtında və itkisiz başa çatdırılmasına nail olmaq üçün sahələrə 51 kombayn və 70 müxtəlif texnika çıxarılmış, digər rayonlardan da köməyə kombaynlar gətirilmişdi.
Gələn il əkin sahələrinin 12 min hektara çatdırılması nəzərdə tutulur. Hazırda 5 min hektardan artıq sahədə yay şumu aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]