UEFA AVROPA ÇEMPİONATINA SEÇİM SİSTEMİNİ DƏYİŞDİRƏ BİLƏR
Seçmə qruplarında üçüncü yerləri tutacaq komandalar 2008-ci ildə İsveçrə və Avstriyada keçiriləcək Avropa çempionatının final turnirinə düşə bilərlər. Bunu UEFA-nın mətbuat xidmətinin nümayəndəsi bildirmişdir. Onun sözlərinə görə, seçmə turnirin yeni formatı nəzərdə tutur ki, yarışların ev sahibləri və seçmə qrupların ən yaxşı komandaları əsas mərhələyə birbaşa çıxacaq, ikinci və üçüncü yerlərin sahibləri isə sonrakı pley-off mərhələsində yarışacaqlar.
UEFA seçmə turniri köhnə format üzrə keçirmək və ya yeni sistemi təsdiqləmək barədə hələ qərar qəbul etməmişdir.
Lakin UEFA İcraiyyə Komitəsinin yaxın iclasında Avropa klub komandalarının tərkibini 25 nəfərədək məhdudlaşdırmaq və hər bir klubun sifarişinə öz yetirmələrini məcburi qaydada daxil etmək barədə qərar qəbul olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]