İDMAN
UEFA Avropa Liqası: “Dinamo” və “Qəbələ” komandalarının start heyətləri açıqlanıb
![](/files/galleryphoto/2019/2/1200x630/1564676002536547290_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15646760023013750422_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15646760022149526620_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15646762723452610887_1200x630.jpg)
Bakı, 1 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Tbilisidə keçiriləcək “Dinamo” - “Qəbələ” cavab oyunu üçün komandaların start heyətləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Boris Payçadze adına stadionda keçiriləcək görüşdə Azərbaycan təmsilçisinin heyətində ilk onbirlikdə Anar Nəzirov, Amin Seydiyev, İvitsa Juniç, Rasim Ramaldanov, Qismət Alıyev, Davit Volkov, Klesio Bauk, Asif Məmmədov, Kristian Kuaku, Fernan Lopez, Merab Qiqauri yer alıblar.
Gürcüstan komandasının heyətində isə Xose Perales, Viktor Monxil, Davit Kobouri, Georgi Kuxianidze, Levan Şengeliya, Georgi Papava, Georgi Kimadze, Levan Kutaliya, Nodar İaşvili, Nika Ninua, Nodar Kavtaradze meydana çıxacaqlar.
Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oyunu Finlandiyadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Petri Vilyanen olacaq.
Komandalar arasında iyulun 25-də Qəbələ şəhər stadionunda keçirilmiş ilk oyunda təmsilçimiz 0:2 hesabı ilə uduzub.
“Qəbələ” bu mövsüm qitə miqyaslı turnirdə ikinci matçına çıxacaq. Tbilisi təmsilçisi isə birinci təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb - 6:0, 1:0.
Qarşılaşmanın qalibi növbəti mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin səfər görüşündə 1:2 hesabı ilə uduzan təmsilçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.