UEFA Çempionlar Liqası: Altı oyun ilə birinci təsnifat mərhələsinə yekun vurulacaq
Bakı, 13 iyul, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma keçiriləcək.
Günün oyunları aşağıdakı kimidir:
21:00 - "Dinamo" (Batumi, Gürcüstan) - "Slovan" (Bratislava, Slovakiya)
İlk oyun - 0:0
21:00 - "Klasksvik" (Farer adaları) - "Budye Qlimt" (Norveç)
İlk oyun - 0:3
21:00 - "Şaxtyor" (Soliqorsk, Belarus) - "Maribor" (Sloveniya)
İlk oyun - 0:0
22:00 - "Ferentsvaroş" (Macarıstan) - "Tobol" (Qazaxıstan)
İlk oyun - 0:0
22:30 - ÇFR (Rumıniya) - "Pünik" (Ermənistan)
İlk oyun - 0:0
22:45 - “Linfild” (Şimali İrlandiya) - TNS (Uels)
İlk oyun - 0:1
Qeyd edək ki, ötən gün Ağdamın “Qarabağ” klubu Bakıda Polşanın “Lex” komandasını 5:1 hesabı ilə məğlub edib. Polşada təşkil olunan ilk oyunda Ağdam təmsilçisi rəqibinə 0:1 hesabı ilə məğlub olmuşdu. İki oyunun nəticəsinə görə, “Qarabağ” turnirin ikinci təsnifat mərhələsinə yüksəlib. Ağdam klubunun növbəti rəqibi İsveçrənin "Sürix" komandası olacaq. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]