UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
Bakı, 29 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” futzal klubunun mübarizə aparacağı 5-ci qrupda yer alacaq komandalar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ilkin seçmə mərhələdə F qrupunun qalibi olan “Orebro” bu hüququ qazanıb. İsveç çempionu ilk oyunda Gürcüstanın “Georgians” klubunu 5:3, növbəti dueldə isə Türkiyənin “İstanbul Şişli” komandasını 10:3 hesabı ilə yenib. Son oyunda Almaniya çempionu “Ştutqart”ı 2:1 hesabı ilə üstələyən İsveç çempionu əsas mərhələyə yüksəlib.
İlkin mərhələnin D qrupunda keçirilən “Minerva” (İsveçrə) - “Loznika Qrad” (Serbiya) matçında qələbə qazanan nominal qonaqlar maksimum xalla birinci yeri tutub və növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
Beləliklə, oktyabrın 25-30-da keçiriləcək əsas mərhələnin 5-ci qrupunda “Araz-Naxçıvan” “Mostar” (Bosniya və Herseqovina), “Orebro” (İsveç) və “Loznika Qrad” (Serbiya) komandaları ilə qarşılaşacaq. Oyunlar Bosniya və Herseqovinada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]