UEFA Çempionlar Liqası: Qrup mərhələsində ikinci tura yekun vurulub
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də UEFA Çempionlar Liqasında növbəti matçlar keçirilib.
AZƏRTAC xəbər verir ki, dörd qrupda oynanılan səkkiz görüşdən sonra qrup mərhələsində ikinci tura yekun vurulub. Matçlarda aşağıdakı nəticələr qeydə alınıb:
A qrupu
“Arsenal” - “Bazel” - 2:0
“Ludoqorets” - PSJ - 1:3
B qrupu
“Beşiktaş” - “Dinamo” K. - 1:1
“Napoli” - “Benfika” - 4:2
C qrupu
“Borussiya” M. - “Barselona” - 1:2
“Seltik” - “Mançester Siti” - 3:3
D qrupu
“Atletiko” - “Bavariya” - 1:0
“Rostov” - PSV - 2:2
Qeyd edək ki, III turun oyunları oktyabrın 18-də və 19-da keçiriləcək.