İDMAN
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub
![UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub](/files/2018/2/1200x630/15342910513598420339_1200x630.jpg)
Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 14-də BATE - “Qarabağ” oyunundan başqa keçirilən əlavə doqquz cavab qarşılaşması ilə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu turnirdə ölkəmizin yeganə təmsilçisi - Ağdamın “Qarabağ” klubu ilk oyunda 0:1 hesablı qələbədən sonra səfər matçında heç-heçə (1:1) edərək UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.
Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” komandası səfərdə Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşıb. Doğma meydanda 0:2 hesabı ilə uduzan “Astana” cavab matçında da məğlubiyyətlə üzləşib - 0:1.
İstanbulun “Fənərbağça” klubu da UEFA Çempionlar Liqası ilə vidalaşıb. İlk oyunda Portuqaliyanın “Benfika” komandasına 0:1 hesabı ilə uduzan “Fənərbağça” İstanbuldakı cavab qarşılaşmasında rəqibin müqavimətini qıra bilməyib - 1:1.
Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
“Dinamo Kiyev” (Ukrayna) -“Slaviya Praqa” (Çexiya) - 2:0 (ilk oyunun nəticəsi - 1:1)
“Spartak” (Moskva, Rusiya) - PAOK (Yunanıstan) - 0:0 (2:3).
AEK (Yunanıstan) - “Seltik” (Şotlandiya) - 2:1 (1:1).
“Videoton” (Macarıstan) - “Malmö” (İsveç) - 0:0 (1:1)
“Şkendiya” (Makedoniya) - “Zalsburq” (Avstriya) - 0:1 (0:3).
“Ayaks” (Hollandiya) - “Standard” (Belçika) - 3:0 (2:2).
“Spartak” (Trnava, Slovakiya) - “Srvena Zvezda” (Serbiya) - 1:2 (1:1).
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində qalib gələn 12 komanda qrup mərhələsinə vəsiqə uğrunda pley-offda mübarizə aparacaqlar. Pley-off mərhələsində aşağıdakı qarşılaşmalar keçiriləcək:
Avqustun 21-də və 29-da:
“Srvena Zvezda” - “Zalsburq”
BATE - “PSV Eyndhoven” (Hollandiya)
“Benfika” - PAOK
Avqustun 22-də və 28-də:
“Yanq Boys (İsveçrə) - “Dinamo Zaqreb”
“Videoton” - AEK
“Ayaks” - “Dinamo Kiyev”
Pley-off mərhələsindən sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq son altı komanda müəyyənləşəcək.
UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü avqustun 30-da Monakoda atılacaq.