UEFA Çempionlar Liqasının yeni formatda keçirilməsi ilə bağlı qərar qəbul edib
Bakı, 19 sentyabr, AZƏRTAC
UEFA İcraiyyə Komitəsi COVID-19 pandemiyası ilə əlaqədar futzal üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün yeni formatda keçirilməsi ilə bağlı qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, turnir əvvəlki illərdə olduğu kimi, qrup oyunları şəklində keçirilməyəcək. Bu dəfə komandaların daha az səfərə çıxması üçün ilkin mərhələdən başlayaraq hər iştirakçı bir oyunda gücünü sınayacaq. Qalib komandalar onaltıdabir, ardınca isə səkkizdəbir finala vəsiqə qazanacaqlar. Final mərhələsində isə 8 komanda iştirak edəcək.
İlkin mərhələnin oyunları noyabrda, onaltıdabir və səkkizədbir final matçları isə müvafiq olaraq yanvar və fevral aylarında təşkil olunacaq. Aprel və may aylarında keçiriləcək final mərhələsində isə dörddəbir, yarımfinal, 3-cü yer və final matçları baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]