UEFA-nın Pro kateqoriyalı məşqçi kursuna start verilib
Bakı, 9 avqust, AZƏRTAC
Avqustun 9-da AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursuna start verilib.
AZƏRTAC xəbər verir ki, avqustun 11-dək davam edəcək kursda futbol üzrə Rusiyada keçirilən XXI dünya çempionatının oyunları təhlil olunacaq.
UEFA-nın tövsiyəsi ilə keçirilən kurs AFFA-nın texniki direktoru Bernhard Lippert, təlimatçılar Aslan Kərimov və Osman Rəhimov tərəfindən aparılır. Bu modulun yekunları kursda təhsil alan məşqçilərin bilik və bacarıqlarının qiymətləndirilməsinə təsir göstərməyəcək.
Kursa əksəriyyəti baş məşqçi olan 11 nəfər cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]