İQTİSADİYYAT
“Uğur yolu” müsabiqəsinin qalibləri “KPMG” şirkətinin Azərbaycanda idarəedici partnyoru ilə görüşüblər
![“Uğur yolu” müsabiqəsinin qalibləri “KPMG” şirkətinin Azərbaycanda idarəedici partnyoru ilə görüşüblər](/files/2022/2/1200x630/1657296368312425942_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyində təşkil olunmuş “Uğur yolu” müsabiqəsinin qalibləri “KPMG” şirkətinin Azərbaycanda idarəedici partnyoru Murat Karakaşla görüşüblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Murat Karakaş “KPMG” şirkətinin fəaliyyəti barədə iştirakçılara məlumat verib. Müsabiqə qalibləri İqtisadiyyat Nazirliyində həyata keçirilən karyera inkişafı proqramının əhəmiyyəti, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılmasında, karyera inkişafında yaratdığı imkanları vurğulayıblar. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, dünyanın ən böyük peşəkar xidmət şəbəkələrindən olan “KPMG” şirkəti müxtəlif ölkələrdə audit, vergi və konsaltinq xidmətləri göstərir. Mərkəzi qərargahı Niderlandın Amstelven şəhərində yerləşən peşəkar xidmət şəbəkəsi 145 ölkədə və ərazidə fəaliyyət göstərir. Qurumun işçilərinin ümumi sayı 236 min nəfərdən çoxdur.