DÜNYA
Ukrayna 95 hərbçisini Rusiya əsirliyindən qaytarıb
Kiyev, 12 iyun, AZƏRTAC
Ukrayna Rusiya ilə əsirlərin növbəti mübadiləsini aparıb. Bu dəfə 95 müdafiəçi Rusiya əsirliyindən Vətənə qayıdıb. Onlar arasında 93 sıravi, çavuş və iki zabit var.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak teleqram kanalında bildirib. O yazıb: “Əsirlərin dəyişdirilməsi. Biz 95 insanımızı vətənə qaytardıq. Siyahıya Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın əsgərləri, eləcə də sərhədçilər daxildir”.
Onun sözlərinə görə, Mariupoldan, Çernobıl AES-dən, “Zmeynıy” adasından, Baxmutdan əsir düşənlər, həmçinin “Azovstal”ın müdafiəçiləri vətənə qayıdıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [17:53]
Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur
- 21.05.2024 [17:04]
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
- 21.05.2024 [17:00]
Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib
- 21.05.2024 [16:02]
Sinqapur təyyarəsi turbulensə düşdü: ölən və yaralanalar var
- 21.05.2024 [15:22]