Ukrayna azərbaycanlıları bəyanatla çıxış ediblər
Kiyev, 3 aprel, AZƏRTAC
Ukraynadakı soydaşlarımız adından bəyanatla çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Avropa ölkələrinə mühacirət etmiş bir qrup azərbaycanlının ölkəmizin imicinə xələl gətirmək cəhdlərini pisləyiblər.
Bu gün Azərbaycan xalqının ən ağrılı dərdi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahat olduqlarını vurğulayan bəyanat müəllifləri Azərbaycan dövlətinin bütün imkanlardan istifadə edərək bu münaqişənin sülh yolu ilə həllinə nail olacağına ümid edir və bu istiqamətdə üzərlərinə düşən hər bir öhdəliyi vicdanla yerinə yetirməyə çalışdığını qeyd edir.
Ukraynadakı soydaşlarımız bildirirlər ki, Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmiz haqqında dolğun informasiya formalaşdırır. Lakin bəzi soydaşlarımız fərqində deyillər ki, düşünülməmiş addımları ilə şübhəli çağırışlara cavab verərək ölkəmizin beynəlxalq imicinə nə dərəcədə xələl yetirmiş olurlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]