SİYASƏT
Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Bakı, 21 fevral, AZƏRTAC
Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kuryaçiy Maksim Pavloviç Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunan tədbirdə deyib.
Deputat diqqətə çatdırıb ki, ötən il Ukraynanın Prezidenti Petro Poroşenko Bakıya səfəri zamanı bu münaqişədə status-kvonun qəbuledilməz olduğunu xüsusi vurğulayıb.
Bu günlərdə Xocalı faciəsinin 25-ci ildönümünün qeyd olunacağını xatırladan Kuryaçiy Maksim Pavloviç deyib: “Acınıza şərikik və Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı ədalətli tələbləri dəstəkləyirik. Ukrayna xalqı Azərbaycan xalqını anlayır və ağrısını özününkü kimi hiss edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [21:23]
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
- 07.05.2024 [20:30]
Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]