Ukrayna kəşfiyyat qrupu Rusiyanın Belqorod vilayətinə daxil olub
Moskva, 22 may, AZƏRTAC
Rusiyanın Belqorod vilayətinin Qrayvoronsk dairəsinə Ukrayna diversiya-kəşfiyyat qrupu daxil olub.
AZƏRTAC xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov hadisəni təsdiqləyib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Sərhəd Qoşunları ilə birlikdə müvafiq tədbirlər görür.
Qubernator Qlotovo kəndində iki yerli sakinin yaralandığını bildirib. Onlardan biri ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Yerli mətbuatın yaydığı xəbərə görə, hazırda Belqorod vilayətinin Qlotovo, Kozinka, Qora-Podol yaşayış məntəqələrində döyüşlər gedir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]