Ukrayna KİV-ləri BMT missiyasının 30 ildən sonra Qarabağa gəlişindən yazıb
Kiyev, 2 oktyabr, AZƏRTAC
Ukraynanın nüfuzlu KİV-ləri BMT missiyasının 30 ildən sonra Qarabağ regionuna gəlişinə dair xəbərlərə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “RBK-Ukrayna”, “Korespondent”, “Deutsche Welle”nin Ukrayna bürosu, “Senzor”, “LB”, “Yevropeyskaya Pravda”, “TCH” “Ukraynskaya Pravda”, “Suspilne Novini” agentliklərində və xəbər portallarında dərc olunan materiallarda missiyanın məqsədinin yerdə vəziyyəti öyrənmək, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirmək olduğu bildirilib.
Qeyd olunub ki, missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir. Onlar Ağdamdan keçərək Əsgəran-Xankəndi istiqamətində hərəkət edib və Xankəndiyə gediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev