UKRAYNA PARLAMENTİ DEPUTATLAR ÜÇÜN GÜZƏŞTLƏRİ LƏĞV ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ali Rada “Ukrayna xalq deputatının statusu haqqında” “Ukrayna qanununa dəyişikliklər edilməsi haqqında” (güzəştlərin və imtiyazların ləğv edilməsi haqqında) qanun qəbul etmişdir.
Qanunun lehinə 261 nəfər səs vermişdir.
Həmin qanun hər il haqqı ödənilən məzuniyyətə çıxarkən deputata müalicə üçün ikiqat aylıq məvacib həcmində maddi yardım ödənilməsi haqqında normaların ləğvini nəzərdə tutur. Qanundan xalq deputatlarının yaşayış mənzilləri ilə təmin olunması barədə maddə çıxarılmış, onların yüksək komfortlu təyyarələrdə uçmaq və hər növ nəqliyyat vasitələrində pulsuz getmək barədə güzəştləri ləğv olunmuşdur.
Ali Rada həmçinin deputat və prezident toxunulmazlığı məsələsinin ləğvinə də səs vermişdir. Bu qanun layihəsinə 226 zəruri səs müqabilində 259 nəfər səs vermişdir. Deputatlar Konstitusiyaya da dəyişikliklər etməyi qərara almış, bu barədə qanunun Konstitusiya Məhkəməsinə ekspertizaya göndərilməsinə dair qərar qəbul etmişlər.
Prezident tərəfi isə parlamentin həmin iclasını legitim saymır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [19:35]
Beynəlxalq konfransın iştirakçıları “Atəşgah məbədi” ilə tanış olublar
- 02.06.2026 [03:18]
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
- 01.06.2026 [22:15]