UKRAYNA “POLESYE”Sİ LÜLƏKABABININ QIZIL MEDALI
Kiyev vilayətinin Brovarı rayonundakı “Polesye” kiçik müəssisəsinin debütü sərginin çoxsaylı iştirakçıları üçün əsil tapıntı olmuşdur. Müəssisənin təsisçisi Azərbaycan vətəndaşı, əslən Culfadan olan 39 yaşlı İlqar Abbasovdur. “Polesye”nin böyük zövqlə tərtib olunmuş köşkü təkcə yüzdən çox adda dondurulmuş yarımfabrikatdan ibarət zəngin çeşidlə deyil, həm də firmanın məhsulları ilə tanış olmaq, Azərbaycan lüləkababından, Ukrayna vareniklərindən və Sibir düşbərəsindən isti dadmaq baxımından diqqəti cəlb edirdi. Sərgi ərəfəsində - oktyabrın 25-də keçirilən dequstasiyada beynəlxalq münsiflər heyəti “Polesye”ni lüləkabab, kazak kotletləri və göbələkli ət zrazalarına görə üç qızıl medala, bifşteksə görə isə gümüş medala layiq görmüşdür.
Ötən ildən fəaliyyət göstərməsinə baxmayaraq, “Polesye”nin kolleksiyasında peşəkarlığın əsil göstəricisi olan Keyfiyyət nişanı, Ukrayna İşgüzar Dairələri Assosiasiyasının məhsulun keyfiyyətinə görə təqdim etdiyi ümummilli müsabiqənin laureatı diplomu var.
Ən yeni İtaliya və Hollandiya avandanlığı ilə təchiz olunmuş, qabaqcıl texnologiyalara malik müəssisə hazırda “MakDonalds” sürətli qida restoranları şəbəkəsinə dondurulmuş bifştekslər göndərən Kozyatin quşçuluq fabriki ilə bərabərhüquqlu rəqabət aparır.
Brovarı rayonunun Tarasovka kəndində yerləşən “Polesye”də çalışan 300-dən çox işçinin yarısı həmvətənlərimizdir.
Yaxın illər üçün planlarını bölüşən İ.Abbasov bildirmişdir ki, məhsulun çeşidini dünyada ən yaxşı saydığı Azərbaycan mətbəxi, habelə İtaliya mətbəxi xörəkləri hesabına artırmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [19:34]
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə
- 16.10.2026 [19:29]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [19:21]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:09]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [19:07]