UKRAYNA PREZİDENTİ HÖKUMƏTƏ MÜXALİFƏTDƏ OLMAYACAQ
Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Nazirlər Kabinetində dəyişikliklərə baxmayaraq, dövlət başçısı hökumətə müxalifətdə olmayacaqdır. V.Yuşşenko Xarkovda demişdir: “Prezident hökumətə müxalifətdə olmayacaq, çünki söhbət Ukrayna parlamentinin formalaşdırdığı və hazırda fəaliyyət göstərən orqandan gedir. Bizim hökumətlə münasibətlərimiz yalnız Ukrayna Konstitusiyasının normalarına əsaslanacaqdır”.
Prezident əlavə etmişdir ki, “Naşa Ukraina” blokundan olan nazirlərin istefası güzəştlər və ya danışıqlar prosesi üçün yeni zəmin yaratmır. Bu, kimlərin təyin edilməsindən asılı olmayaraq, partiyalararası dialoq məsələsini çətinləşdirir.
Viktor Yuşşenko bir daha vurğulamışdır ki, hazırda siyasi və ictimai həmrəylik məsələsi Ukrayna üçün ən vacib mövzu olaraq qalır.