Ukrayna Prezidentinin Ofisi ABŞ mediasının Baxmutla bağlı yaydığı məlumata aydınlıq gətirib
Kiyev, 21 may, AZƏRTAC
ABŞ mediası Ukrayna Prezidenti Volodimir Zelenskinin Baxmutun ruslar tərəfindən tutulduğunu təsdiqlədiyini bildirib. Amma Ukrayna Prezidentinin Ofisi bunun belə olmadığını deyir.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov feysbuk səhifəsində Qərb jurnalistlərinin məlumatını təkzib edib. Onun sözlərinə görə, Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə söhbəti zamanı Baxmutun ruslar tərəfindən tutulmasını inkar edib.
Nikiforovun qeyd etdiyi kimi, jurnalistlərin rusların guya Baxmutu alması ilə bağlı sualını cavablandıran Prezident belə cavab verib: “Məncə, yox”.
Qeyd edək ki, Röytersin yaydığı məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşündə ukraynalı əsgərlərin Baxmut şəhəri üzərində nəzarəti itirdiyini təsdiqləyib.
Baxmutun Ukraynanın nəzarəti altında qalıb-qalmadığı sualına Volodimir Zelenski belə cavab verib: “Məncə, yox”.
"Bu gün Baxmut yalnız bizim qəlbimizdədir", - deyə Ukrayna Prezidenti bildirib.
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]
İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb
- 08.06.2026 [12:02]
Elektromobillər Çində havanın çirklənməsini azaldır
- 08.06.2026 [12:01]