Ukrayna “Şahid” dronlarının analoqunun seriyalı istehsalına başlayıb
Kiyev, 16 noyabr, AZƏRTAC
Ukrayna “Şahid” dronlarının analoqunun seriyalı istehsalını təşkil edib. Ay ərzində bu cür dronlardan onlarca istehsal olunacaq.
“Forbes Ukrayna” nəşri sənayenin strateji sahələri üzrə nazir Aleksandr Kamışinin Avropa Biznes Assosiasiyasının illik iclasında dediyi fikirlərdən sitat gətirir.
AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, müdafiə sahəsi ölkə iqtisadiyyatına mühüm töhfə verir. Gələcəkdə bu sahə Ukrayna iqtisadiyyatının əsas sektoruna çevrilməlidir.
A.Kamışin əlavə edib ki, istehsalın ikiqat artırılması hökuməti razı salmır. O deyib: “Bizi on qat və daha artıq artım qane edir. Bizdə bir çox sahələr üzrə belə artım mövcuddur”.
Nazir qeyd edib ki, indi söhbət “Ukroboronprom”un bizneslə inteqrasiyasından gedir. Lakin dövlət zavodu özəl kiçik dron şirkətlərinə kömək edir.
“Bu planda “Ukrayna Şahidi” məhz dövlət zavodunda yaradılıb”, - deyə A.Kamışin vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]