Ukrayna və Moldova arasında siyasi məsləhətləşmələr aparılıb
Kiyev, 27 mart, AZƏRTAC
Ukrayna və Moldova arasında siyasi məsləhətləşmələr aparılıb.
Ukrayna Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, siyasi məsləhətləşmələrdə Moldova nümayəndə heyətinə dövlət katibi Dmitri Sokolan, Ukraynaya isə XİN müavini Vasiliy Bodnar rəhbərlik edib.
Görüşdə Ukrayna-Moldova əməkdaşlığı məsələləri, regional və beynəlxalq münasibətlərdə yaranan bir sıra suallar müzakirə olunub. Tərəflər əməkdaşlığın dinamikasından razı qaldığını vurğulasa da, mövcud potensialdan tam istifadə edilmədiyini bildirib. Diplomatlar infrastruktur, ticarət-iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Görüşdə, həmçinin Ukrayna və Moldovanın Avropa İttifaqına inteqrasiya məsələləri də müzakirə olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]