Ukrayna və Türkiyə arasında siyasi məsləhətləşmələr aparılıb
Kiyev, 24 mart, AZƏRTAC
Ukrayna və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Bu barədə AZƏRTAC-a Ukrayna XİN-dən məlumat verilib.
Siyasi məsləhətləşmələrdə bu il ərzində qarşılıqlı səfərlər, iki ölkə arasında əməkdaşlığın inkişaf strategiyası, birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Qeyd olunub ki, Ukrayna və Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə arasında müdafiə, təhlükəsizlik məsələləri və müdafiə sənayesindəki əməkdaşlıq daha da dərinləşdirilməlidir. Müzakirələr zamanı tərəflər bu siyasi məsləhətləşmələrin əməkdaşlığın yeni mərhələsinə töhfə verəcəyini vurğulayıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev