Ukraynada atom elektrik stansiyalarının bütün enerji blokları işləyir
Bakı, 12 fevral, AZƏRTAC
Ukraynada yerləşən atom elektrik stansiyalarının bütün enerji blokları işləyir və elektrik enerjisi istehsal edir.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
“Dövlətin nəzarətində olan ərazidə yerləşən atom elektrik stansiyalarının bütün blokları - doqquz enerji bloku işləyir”, - nazirliyin teleqram kanalında belə yazılıb.
Qeyd edək ki, cümə günü Atom Enerjisi üzrə Beynəlxalq Agentlik raket zərbələri nəticəsində Xmelnitski AES-in enerji bloklarından birinin fəaliyyətinin dayandırıldığı barədə məlumat yaymışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]