Ukraynada çıxan “AvtoBiznesTur” jurnalında Azərbaycan haqqında məqalə dərc edilmişdir
Kiyev, 6 yanvar (AZƏRTAC). Ukraynada nəşr edilən “AvtoBiznesTur” reklam-informasiya jurnalının növbəti nömrəsi (dekabr 2011-ci il) çapdan çıxmışdır. Jurnalın bu nömrəsində “Azərbaycan güc və uzunömürlülük mənbəyidir” sərlövhəli böyük məqalə dərc edilmişdir.
Ölkəmizin Ukraynadakı səfirliyinin informasiya dəstəyi ilə hazırlanmış bu materialda Azərbaycan haqqında söhbət açılır, qeyd edilir ki, göy qurşağının zolaqları kimi rəngarəng olan bu şəfalı diyarın hər guşəsində tükənməz qüvvə, enerji, təmiz dağ havası, nadir mineral sular və daha neçə-neçə nemətlər cəmləşmişdir.
Məqalənin cəlbedici yarımsərlövhələri oxuculara çox şeydən xəbər verir: “Naftalanı olan kəsin hər şeyi var”, “Tarixi irs”, “Sağlam olmaq istəyən Naxçıvana gəlsin” və s.
Zəngin illüstrasiyalı bu materialda potensial turistlər olan ukraynalı oxuculara Azərbaycanın gözəllikləri, onun səfalı və şəfalı ocaqları barədə çox geniş və mötəbər məlumat təqdim edilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]