Ukraynada gün ərzində koronavirusa yoluxma hallarının sayı ilk dəfə 15 mini aşıb
Kiyev, 26 noyabr, AZƏRTAC
Ötən sutka ərzində Ukraynada 15.331 koronavirusa yoluxma faktı təsdiqlənib. Bu, yeni antirekorddur.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Ukraynanın səhiyyə naziri Maksim Stepanov elan edib.
Ən çox sayda yeni yoluxma halları Kiyev şəhərində, habelə Kiyev, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərində qeydə alınıb.
Ölkədə sutka ərzində COVID-19-a yoluxma hallarının sayının 15 mini aşması ilk dəfə qeydə alınıb. Bundan əvvəlki antirekord (noyabrın 21-də) 14.580 fakta bərabər idi.
COVID-19 pandemiyası başlanandan bəri Ukraynada 677.189 nəfər yoluxub, 11.717 (+225) nəfər ölüb, 317.395 (+9.617) nəfər sağalıb. 359.794 pasiyent aktiv xəstə kimi qalır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]