Ukraynada koronavirusdan ölənlərin sayı 2300-ə yaxınlaşıb
Kiyev, 24 avqust, AZƏRTAC
Ukraynada son sutkada koronavirusa yoluxma hallarında artım davam etməkdədir.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 1799 nəfər koronavirusa yoluxub, 22 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Odessa, Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 106 min 757 nəfərə çatıb. Koronavirusdan ölənlərin ümumi sayı 2293 nəfərdir, 52 min 524 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]