Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord: 2328 fakt
Kiyev, 22 avqust, AZƏRTAC
Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 2328 nəfər koronavirusa yoluxub, 37 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Odessa, Ternopl vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 102 min 971 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 2244 nəfərdir, 51 min 735 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]