Ukraynada yumşaldılmış karantin müddəti aprelədək uzadılacaq
Kiyev, 18 yanvar, AZƏRTAC
Ukrayna Nazirlər Kabineti ölkədə yumşaldılmış karantin müddətini martın 31-dək uzatmaq niyyətindədir. Bununla yanaşı, sərt karantin rejiminin müddəti yanvarın 24-dən sonra uzadılmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin başçısı Denis Şmıqal “İnterfaks-Ukrayna”ya müsahibəsində bildirib.
Hazırda ölkədə qüvvədə olan yumşaldılmış karantin fevralın 1-dək davam edəcək.
D.Şmıqal deyib: “Biz yəqin ki, eyni qərar ilə yumşaldılmış karantin müddətini martın 31-dək uzadacağıq. Hələ ki, yumşaldılmış karantinin ləğv edilməsi üçün əsas yoxdur. Xəstəlik aradan qaldırılmayıb. Avropada xəstəlik tüğyan edir, biz Avropaya açığıq, biz dövlətin daxilində açığıq, bu səbəbdən də karantinin götürülməsi üçün əsas yoxdur. Vaxtından əvvəl xəyallara qapılmaq lazım deyil. Əminəm ki, bu il karantin hələ çox uzadılacaq. Karantinin hansı formada tətbiq ediləcəyi isə artıq başqa mövzudur”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]