Ukraynadakı diaspor fəallarımız Türkiyədə baş verən zəlzələ qurbanlarının xatirəsini yad ediblər
Kiyev, 9 fevral, AZƏRTAC
Türkiyədə baş verən dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək üçün Azərbaycanın Ukraynadakı diasporunun fəalları, soydaşlarımız qardaş ölkənin Kiyevdəki səfirliyinin qarşısına gələrək gül çələngi qoyublar.
AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinin verdiyi məlumata görə, sonra Azərbaycan diaspor üzvlərinin bir hissəsi Türkiyə səfirliyində açılan matəm kitabına ürək sözlərini yazıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev