Ukraynanın müttəfiqləri danışıqlar məsələsini ön plana çəkirlər
Bakı, 11 noyabr, AZƏRTAC
Ukrayna-Rusiya müharibəsində Kiyevin perspektivlərinin mənfi qiymətləndirilməsi onun müttəfiqlərini danışıqlar aparılması istiqamətinə yönləndirib.
AZƏRTAC CNN telekompaniyasına istinadla xəbər verir ki, Qərb ölkələri Kiyevin döyüş meydanında qələbəsi haqqında daha az danışmağa başlayıb. Onlara Kiyevin qarşıya qoyduğu məqsədlər əlçatmaz görünür.
Ekspertlərin sözlərinə görə, hazırda Qərbdə müharibəyə son qoymaq üçün danışıqların yeganə yol olacağına dair söhbətlər artmaqdadır.
“Washington Post” qəzeti isə öz mənbələrinə istinadla respublikaçı Donald Trampın ABŞ prezidenti seçildikdən sonra Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib. Bu məlumatı nə Vaşinqton, nə də Moskva rəsmən təsdiqləməyib. Qəzet qeyd edir ki, telefon söhbətində liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Donald Tramp Ukrayna müharibəsini tezliklə dayandırmaq üçün danışıqların davam etdirilməsində maraqlı olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]