ULDUZLAR XİYABANI SALINMIŞ VƏ DOSTLUQ AĞACI ƏKİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Dan ulduzu” V Beynəlxalq bədii yaradıcılıq festivalının iştirakçıları Xətai rayonu ərazisindəki Heydər Əliyev parkında rəsmi açılış mərasimində Ulduzlar xiyabanının təməlini qoymuş və dostluq ağacı əkmişlər. Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, Gürcüstan və Qazaxıstan nümayəndə heyətlərinin üzvləri çıxış etmişlər.
Sentyabrın 9-da uşaqlar Novxanı qəsəbəsindəki “Akvapark”da dincələcəklər. Festivalın təşkilatçıları Gənclər və İdman Nazirliyinin dəstəyi ilə onlar üçün İdman günü təşkil edəcəklər. Burada uşaqları əyləncəli proqram gözləyir.
Xatırladaq ki, “Dan ulduzu” festivalının iştirakçıları kimsəsiz və məhdud imkanlı uşaqlardırlar. Onlar festivalda təmsil etdikləri xalqların folklor nümunələrini, rəqslərini, mahnılarını, tətbiqi sənət nümunələrini, adət-ənənələrini təqdim edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]