ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
Prezident İlham Əliyev sentyabrın 24-də Gəncə şəhərinin Heydər Əliyev adına mərkəzi meydanında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoymuşdur.
Dövlətimizin başçısına meydanda aparılmış yenidənqurma işləri barədə məlumat verildi. Şəhər icra hakimiyyətinin qarşısında yerləşən meydanın sahəsi 22 min kvadratmetrdir. Həmin sahənin 12 min kvadratmetrinə qranit döşənmişdir. İcra hakimiyyəti binasının fasadı da yeni görkəm almış, Azərbaycanın və Gəncənin gerbləri vurulmuşdur. Ətrafda salınmış yaşıllıqlar və çəmənlik meydana xüsusi yaraşıq verir. Azərbaycanda ilk musiqili fəvvarə də məhz burada quraşdırılmışdır. İşıqlandırma sistemi Rusiya və Azərbaycan istehsalıdır. Klassik üslubu ilə diqqəti cəlb edən yaraşıqlı işıq dirəkləri xüsusi sifariş əsasında respublikamızda hazırlanmışdır. Heydər Əliyev Muzeyinin də yerləşdiyi bu məkan gəncəlilərin və şəhərin qonaqlarının əsas gəzinti guşələrindən biridir.
######
![]() |
![]() |

