Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi Batumidə geniş qeyd edilib

Batumi, 15 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Gürcüstanın Batumi şəhərində təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki baş konsulluğunun təşkil etdiyi tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze, nazirlər, hökumət rəsmiləri, Türkiyə, İran və digər ölkələrin baş konsulları və konsulluq şöbələrinin əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və qısa vaxt ərzində qazandığı uğurlar barədə ətraflı məlumat verib. Bildirib ki, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən Azərbaycan Xalq Cümhuriyyəti ən demokratik dövlət kimi adını tarixə yazdırıb. Diplomat qeyd edib ki, tarixən qonşu Gürcüstan və Azərbaycan eyni vaxtda müstəqil dövlət qurublar. İlk müstəqilliyimiz də demək olar ki, eyni vaxtda süqut edib. Buna baxmayaraq, hər iki xalq uzun illər keçdikdən sonra müstəqilliklərini bərpa edib. Dostluğumuz, qardaşlığımız bundan sonra da inkişaf edib, daha da möhkəmlənib.

Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı ətraflı məlumat verən diplomat deyib ki, dövlət müstəqilliyimizin qorunması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın çətin böhrandan çıxmasında, gənc respublikanın möhkəmlənməsində və dünyada tanınmasında Ümummilli Liderin müstəsna xidmətləri olub. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli birlik yaradıb, ölkənin regionda aparıcı dövlətə çevrilməsi üçün mühüm addımlar atıb. Ümummilli Liderin siyasi xətti və dövlətçilik irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycanın və Gürcüstanın regionda aparıcı dövlətlər olmasında, iqtisadi inkişafında, dünyada mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır.

Azərbaycanın müstəqillik illərində, xüsusən də Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə qazandığı uğurlardan bəhs edən diplomat deyib: “Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada təkcə neft ölkəsi kimi deyil, həm də idman, multikultural dəyərlərə malik, tolerant dövlət kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Bakıda yüksək səviyyədə keçirilən “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, multikulturalizm və humanitar forumlar buna parlaq nümunədir”.

P.İsmayılzadə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına nəzər salıb, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib. Baş konsul Naxçıvan və Batumi şəhərlərinin qardaşlaşmasını, Azərbaycanın və Gürcüstanın bölgələri arasındakı yüksək səviyyəli münasibətlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze çıxışında Azərbaycan xalqını hər iki əlamətdar hadisə münasibətilə təbrik edib. O deyib ki, Azərbaycan ilə Gürcüstan qonşu, dost və qardaş respublikalardır. Azərbaycan xalqı bu günlər ilk müstəqil dövlət quruculuğunun 100 illiyini və dünya şöhrətli siyasi xadim, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü qeyd edir. Biz də bu bayramları azərbaycanlılarla birgə qeyd edirik. Bu, bizim dostluğumuzun nümunəsidir.

“Bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Mən əlaqələrimizin bu səviyyəyə çatmasında tarixi şəxsiyyətlərimizin, xüsusən də Heydər Əliyevin adını çəkməyə bilmərəm. Məhz Heydər Əliyevin səyi nəticəsində regionda irimiqyaslı Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars irimiqyaslı layihələr uğurla həyata keçirilir. Bu layihələr ölkələrimizin dövlət müstəqilliyinin möhkəmlənməsində, iqtisadi, mədəni, humanitar sahələrdə inkişafına töhfələr verir”, - deyə Z.Pataradze bildirib.

O, regionda həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən də bəhs edib.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunub.

Azərbaycanın və Gürcüstanın incəsənət ustaları mərasimdə maraqlı konsert proqramları ilə çıxış ediblər.

Tədbirdən sonra jurnalistlərə müsahibə verən Z.Pataradze deyib: “Azərbaycan-Gürcüstan dostluğu barədə çox danışmaq olar. Bəzi görkəmli şəxsiyyətlər ölkələrimizin qarşılıqlı siyasi, mədəni və iqtisadi əlaqələrinin inkişafı sahəsində çox böyük işlər görüblər. Qeyd etməliyəm ki, bütün nailiyyətlərimizin səbəbi Heydər Əliyevdir. O, ölkələrimiz arasındakı əlaqələrin inkişafı sahəsində çox böyük işlər görüb. Bu gün də ölkələrimiz arasındakı siyasi münasibətlər dinamik inkişaf edir. Bugünkü bayram tədbirində hər iki ölkənin incəsənət ustaları bir daha göstərdilər ki, biz təkcə iqtisadiyyatda deyil, musiqi sahəsində də bir-birimizə çox bağlıyıq”.

Hökumət başçısı Batumidə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rolunu yüksək qiymətləndirib.

Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili jurnalistlərə müsahibəsində deyib: “Bu gün biz azərbaycanlılarla birlikdə iki böyük bayramı qeyd edirik. Acarıstan hökuməti və acar xalqı adından Azərbaycan xalqını təbrik edirəm. Bizim təhsil, turizm, idman və iqtisadi sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Biz bu münasibətləri daha da genişləndirmək niyyətindəyik. İnanıram ki, xalqlarımız arasındakı dostluq əlaqələri daha geniş inkişaf edəcək”.

İran İslam Respublikasının Batumidəki baş konsulu Ahmad Badpa da Azərbaycan xalqını təbrik edərək bildirib: “Azərbaycan bizim yaxın qonşumuz və dostumuzdur. Bu gün Batumidə belə bir tədbirin keçirilməsindən və burada iştirakımızdan çox məmnunam. Müstəqil Azərbaycan dünyada tanınan və öz sözünü deyən ölkədir. Azərbaycanın belə qüdrətli ölkə olmasında Heydər Əliyevin rolu çox böyükdür. Belə bir tarixi şəxsiyyətin yubileyində iştirakdan çox məmnunam. İnanıram ki, bizim qardaşlıq və dostluq əlaqələrimiz bundan sonra da bütün sahələrdə inkişaf edəcək və biz birlikdə çox böyük işlər görəcəyik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Batumi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir