ULU ÖNDƏRİN 84 İLLİYİNƏ HƏSR OLUNMUŞ XATİRƏ TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi “Dinamo” İdman Cəmiyyətində muxtar respublika Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər nazirliklərinin və Muxtar Respublika Prokurorluğunun əməkdaşları arasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr edilmiş futbol turniri başa çatmışdır.
Muxtar respublika daxili işlər nazirinin müavini Qaçay Quliyev regionda idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
“Dinamo” İdman Cəmiyyətinin sədri, polis polkovnik-leytenantı Cavanşir Salayev demişdir ki, turnirin keçirilməsində məqsəd polis əməkdaşlarının fiziki hazırlığını gücləndirməklə yanaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idman cəmiyyətləri arasında keçiriləcək mini futbol yarışlarına hazırlaşmaqdır.
18 komanda arasında iki gün davam edən yarışların yekununda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası birinci, Dövlət Yol Polisi İdarəsinin futbolçuları ikinci, Milli Təhlükəsizlik Nazirliyinin komandası isə üçüncü yerə çıxmışdır.
Qalib komandalara kuboklar, diplomlar və mükafatlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]