CƏMİYYƏT
Ulu Öndərin ideyaları öz qayəsini Vətən və xalq sevgisindən alıb
Bakı, 10 may, AZƏRTAC
Dahi rəhbər Heydər Əliyev xalqımızın xilaskar oğludur. Azərbaycan xalqının tarixində ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Bu gün biz şən və firavan həyatımız üçün Ümummilli Liderə borcluyuq.
Bu fikirləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Bakı sakini Akif Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib. O deyib: “Xalqımız xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ümummilli lideri var. Ulu Öndərin ideyaları öz qayəsini Vətən və xalq sevgisindən alıb. Azərbaycanın tərəqqisinə, dünyada nüfuzunun yüksəlməsinə xidmət edən bu ideyalar daimidir, əbədiyaşardır”.
Akif Məmmədov görkəmli şəxsiyyət Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini vurğulayıb.