İDMAN
Ulu Öndərin xatirəsinə həsr olunmuş minifutbol turniri başlayır
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 25-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirəcək turnirdə 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparacaq. 2024-cü il mayın 6-dək davam edəcək oyunlar şənbə və bazar günləri olacaq.
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında iştirakçı komandaların nümayəndələri ilə görüş keçirilib. Görüşdə Gənclər və İdman Nazirliyinin Olimpiya və paralimpiya növləri sektorunun müdiri Fikrət Hüseynov turnirin əsasnaməsi və qaydalar barədə məlumat verib, yarışla bağlı texniki məsələləri iştirakçıların diqqətinə çatdırıb. Görüşdə qurumların nümayəndələrinin sualları cavablandırılıb və təklifləri dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2024 [19:02]
Olimpiya Təsnifat turniri: Azərbaycan boksçusu ilk görüşündə qələbə qazanıb
- 27.05.2024 [18:19]
“Qəbələ” baş məşqçisi ilə 3 illik yeni müqavilə imzalayıb
- 27.05.2024 [17:59]
Azərbaycan Cüdo Federasiyasında dünya çempionları ilə görüş olub
- 27.05.2024 [17:40]
“Omar Kuboku” uğrunda konkur yarışları keçirilib
- 27.05.2024 [17:19]
Dünya çempionatlarında ən çox qol vurmuş futbolçular bəlli olub
- 27.05.2024 [16:57]
Toğrul Əsgərov: Güləşçilərimiz Bakıda daha çox medal qazana bilərdilər
- 27.05.2024 [16:13]