Ümumdünya Kosmos Həftəsi çərçivəsində müzakirələr keçiriləcək

Bakı, 24 sentyabr, AZƏRTAC
Hər il oktyabrın 4-10-da qeyd olunan Ümumdünya Kosmos Həftəsi çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) və “Leanspace” şirkəti tərəfindən birgə müzakirələr təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb.
Görüşdə “Thales”, “NASA”, “Airbus” kimi nüfuzlu qurumlarda fəaliyyət göstərmiş, şirkətin Həmtəsisçisi və Baş icraçı direktoru Guillaume Tanier ilə birgə kosmik sahədə rəqəmsal mühəndisliyin rolu, həmçinin startapların qurulması və inkişaf etdirilməsi barədə müzakirə aparıb maraqlı fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, “Leanspace” şirkəti birbaşa klaud sistemlər vasitəsilə peyklərin idarəedilməsi, missiyaların planlaşdırılması və uçuş dinamikalarının müəyyənləşdirilməsi istiqamətləri üzrə xidmətlər göstərir.
Qeydiyyatdan keçən ilk 50 nəfər görüşdə iştirak edə biləcək. Qeydiyyat üçün link: bit.ly/3Pr3N8b
Qeydiyyat oktyabrın 4-də başa çatacaq.