Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN DOSTU XANIŞ ŞAHIYEVLƏ GÖRÜŞ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Lerik rayonuna səfəri zamanı ümummilli liderimiz Heydər Əliyevin yaxın dostu Xanış Şahıyevə baş çəkdi. Xanış kişi Prezident İlham Əliyevi və ailə üzvlərini böyük hörmət və mehribanlıqla qarşıladı.

XANIŞ ŞAHIYEV bu diqqətə görə dövlətimizin başçısına ürəkdən minnətdarlıq edərək dedi:

- Mən, həmişə demişəm, indi də deyirəm, gələn yollarınıza qurban olum. Mənim 76 yaşım var. Heydər Əliyev kimi, İlham kimi adamlar görməmişəm. Gözəl ad daşıyan, hörməti olan adamlar həyatda çoxdur. Amma onlardan da gözəli kimdir? Gözəl ölkələrdə, gözəl cəmiyyətdə gözəl danışan. Kim idi o gözəl adı daşıyan? Prezident Heydər Əliyev! Biri Həzrəti Əliyə deyir ya Əli, mən səni çox istəyirəm. Həzrəti Əli deyir ki, mən də istəyirəm. Biri o tərəfdən deyir ya Əli, mən də səni çox istəyirəm. Həzrəti Əli cavabında deyir ki, mən istəmirəm. Həmin adam soruşur ki, nəyə görə? Həzrəti Əli deyir ki, onun istəməyi mənim qəlbimdə sevinc doğurur, sənin istəməyin isə kədər.

“İlham” sözü ruh verən, yüksək ruh coşğunluğu deməkdir. Ailəsinə baxın - gözəl adı Mehriban xanım. Televizorda hamımız, uşaqlar da, biz də görürük uşaqları necə öpür, onları necə bağrına basır.

Hörmətli Prezident, 400-500 qoyun-quzum var. Bir mənəm, bir də arvadımdır. Mənim işimin bir saatını 100 dəfə deməkdənsə, bir dəfə görmək yaxşıdır. Xalqın qarşısında deyirəm ki, zirəklikdə ikinci bir Xanış Şahıyev yoxdur. Təkcə Miri Qənbərovu deyə bilərəm ki, bəli, 91-ci ildən bu yana çox iş görüb, o, bir az məndən üstündür. Mən bu cür zəhmət çəkirəm, bax, bu mənim əllərim. 400-500 qoyunu 10 nəfərlik ailə bir qış saxlaya bilməz. Hörmətli Prezident, bunu həmişə demişəm, əlimin qabarını görəndə başqasının belinin, gözünün, ürəyinin qabarını görürəm.

Hörmətli Prezident, Avropada böyük təşkilatın büro üzvü oldun, sədrin müavini seçildin. İlhamın başına dönüm, Azərbaycan xalqına, Prezident Əliyevə sübut elədi ki, bəli, belə atanın belə oğlu var. İdman sahəsində də Azərbaycanı bəşəriyyətə tanıtdırdı. Prezidentimizin ən axırıncı sözü nə oldu? Cəmiyyəti bəzi-bəzi adamların, müxalifətin, kimin-kimin ümidinə saxlamadı. Seçkilərdə çox adamlar dedi ki, belə eləyərəm -elə eləyərəm. Amma mən həmişə demişəm, camaat da bilir, sənin vədələrinin biri də kənarda qalmayıb. Lerik özünün tarixində Prezidentin üzünü görməyib. Keçmişdə bir dəfə Bağırov buraya gəlib, bir neçə kəndi köçürdü. Zirək kişi kimi mən deyirəm ki, sənin tayın yoxdur. Bir il Qurban bayramında gəlmədim, Heydər Əliyev zəng elədi ki, nə olub? İki uşağım şəhid olub, mən onlar üçün ağlamamışam. Ancaq hər iki gündən bir kasetə baxmasam, ona ağlamasam, başımda papaq gəzdirmərəm. Bunu o qazanıb.

İLHAM ƏLİYEV: Sağ ol, Xanış əmi, çox sağ ol. Sən atamın da qardaşı olmusan, siz çox yaxın olmusunuz. Mən o günləri xatırlayıram, gəlirdin Bakıya, görüşürdün. O gözəl xatirələr hamısı mənim üçün əzizdir. Yadımdadır, özü demişdi ki, gələcəyəm Lerikə, sənin qonağın olacağam. Allah nəsib etmədi. Amma onun yerinə mən gəlmişəm sənin yanına. Çox şadam ki, səni belə gümrah görürəm. Həmişə belə möhkəm olmusan, həmişə haqq sözünü demisən, bir sifətin olub. Həmişə vətənpərvər olmusan, Azərbaycan dövlətinin müstəqilliyinə töhfələr vermisən. Bu təsadüfi deyil ki, Heydər Əliyev səni özünə dost seçib. Azərbaycanda 8 milyon adam var, onların da yarısı kişidir. Onların içərisində az adam tapılardı ki, dost deyərdi, onlardan da biri sənsən. Bu, həqiqətdir. Mən də buraya ürəklə gəlmişəm. Mən demişdim ki, Lerikə mütləq gələcəyəm. Özü də əliboş gəlməmişəm, yol çəkdirib gəlmişəm. Lənkərandan Lerikə qədər yeni müasir, yol salınıb ki, camaat əziyyət çəkməsin, rahat gəlsin, getsin. Çünki mənə demişdilər ki, yol bərbad vəziyyətdədir, gəlib-getmək çətindir, çala-çuxurdur. Bundan sonra başqa işlər olacaq, inkişaf olacaq. Ən əsası odur ki, ürək təmiz olsun, qəlb təmiz olsun. Adam, necə deyərlər, öz hərəkətlərinə məsuliyyət daşısın və sözlə əməl arasında birlik olsun. Bu, atamın yoludur, onun mövqeyidir, mənim də yolumdur. Mən bir xatirə fotoalbomu gətirdim. Bu, çox əzizdir. Sənin Prezidentlə bütün görüşlərinin şəkilləridir. O şəkillər yəqin ki, sizdə var, amma bunlar bir albomdadır.

XANIŞ ŞAHIYEV: Mən söz üçün gəzən adam deyiləm. Mən zəhmət adamıyam, nəyinsə xatirinə, kimisə tərifləmərəm. Hər sözün düzü olmadan danışmağa dəyməz. Sənin bircə əmi sözün hər şeydir. Prezident adi bir çobana əmi deyir!

İLHAM ƏLİYEV: Prezident olsam da, olmasam da, mən həqiqəti deyirəm. Prezident bir vəzifədir, böyük məsuliyyətdir.

XANIŞ ŞAHIYEV: Əminin bir böyüklüyü də odur ki, mən heç vaxt heç kimdən təmənna etmirəm. Ali təhsili olan bir oğlum, üç-dörd nəvəm var. Amma heç kimə söz deməmişəm. Cənab Prezident, burada bir cöngəm var, onu Sizin ayağınız altında kəsərəm.

İLHAM ƏLİYEV: Sağ ol, biz gedək, sonra kəsərsən.

X X X

Prezident İlham Əliyev Xanış Şahıyevə televizor hədiyyə etdi, onun ulu öndər Heydər Əliyev ilə görüşləri zamanı çəkilmiş şəkillərdən ibarət fotoalbomu təqdim etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub