Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN PREZİDENTİ MƏMMƏDBAĞIR ƏLİYEVİN ÇIXIŞI

- Çox hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlərimiz!

Rusiyanın iki milyonluq Azərbaycan diasporu və Ümumrusiya Azərbaycan Konqresi adından qurultayımızın bütün iştirakçılarını ürəkdən salamlayıram.

Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıları birləşdirmək ideyası, Azərbaycanın müqəddəs torpağında görüşümüzü keçirmək ideyası böyük lider, Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyevə məxsusdur. Görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyev yeni əsrdə, XXI əsrdə dünya azərbaycanlılarını sıx birləşdirmək strategiyasını irəli sürmüşdür. İndi Vətəndən xaricdəki azərbaycanlılar bu yolla gedərək, birləşdirici və nüfuzlu qüvvə kimi çıxış edirlər. Biz buna görə də böyük liderin xatirəsi qarşısında dərin ehtiramla baş əyirik.

Ümumrusiya Azərbaycan Konqresinin yaradılmasında da həlledici rol Heydər Əliyevə məxsusdur. Məhz onun sayəsində bu gün ÜAK Azərbaycanda da, Rusiyada da iri və nüfuzlu ictimai təşkilat kimi tanınmışdır. Heydər Əliyevin ideyaları bu gün də təşkilatımızın strategiyasının başlıca istiqaməti olaraq qalır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük irsi layiqincə inkişaf etdirir. O, özünün bütün fəaliyyəti ilə təsdiqləyir ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətəni ilə əlaqələrinin möhkəmləndirilməsi yenə də Azərbaycan dövlətinin başlıca prioritetlərindən biridir. Rusiya azərbaycanlılarına göstərdiyi qayğı və diqqətə görə, Ümumrusiya Azərbaycan Konqresinin Rusiyadakı Azərbaycan diasporunun sıx birləşdirmək sahəsində səylərini dəstəklədiyinə görə Azərbaycan Respublikasının Prezidentinə ürəkdən minnətdarıq.

Deməliyəm ki, Azərbaycanın dövlət hakimiyyəti orqanları, diasporla işləmək üçün xüsusi olaraq yaradılan Dövlət Komitəsi bizimlə sıx əməkdaşlıq edir, bizə lazımi kömək göstərir. Rusiya və Azərbaycan prezidentlərinin Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında iştirakı və onların işimizi yüksək qiymətləndirməsi təşkilatımızın nüfuzunun təsdiqinin mühüm sübutudur. Təxminən bir ay əvvəl Azərbaycanda Rusiya İlinin açılışı mərasimi oldu. Mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin də iştirak etdi. İki ölkənin rəhbərləri jurnalistlər qarşısında çıxış edərək, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində Azərbaycan və Rusiya diasporlarının mühüm rol oynadıqlarını vurğuladılar. Cənab Prezident, Siz dediniz ki, dövlətlərarası münasibətlərin ümumi fonu da rusların Azərbaycanda və azərbaycanlıların Rusiyada nə dərəcədə rahat və yaxşı yaşamasından asılı olacaqdır. Deyilənlərə əlavə edərdim ki, diasporlarımızın əhval-ruhiyyəsi ölkələrimizin daxili ab-havasına da təsir göstərə bilər. Bunu demək kifayətdir ki, Rusiyadakı iki milyonluq Azərbaycan diasporunda Azərbaycan vətəndaşları 1 milyon 500 min nəfərdir, yəni onlar Azərbaycan əhalisinin ümumi sayının 18,3 faizini təşkil edirlər. Rusiyadakı azərbaycanlıların böyük əksəriyyətinin vətəndə xeyli qohumları və yaxınlarının olduğunu nəzərə alsaq, görərik ki, həm Azərbaycanda, həm də Rusiyadakı ümumi ab-hava vətəndə, yəni Azərbaycanda baş verən hadisə və proseslərə biganə qalmayan həmvətənlərimizin ovqatına təsir göstərir. Bununla əlaqədar ölkələrimizin liderlərinin mövqeyi bizdə dərin məmnunluq doğurur. Belə ki, onlar diasporların ölkələrimizin ictimai-siyasi və iqtisadi həyatına cəlb olunmasını Rusiya ilə Azərbaycanın daha sıx inteqrasiyasının mühüm amili sayırlar.

Fürsətdən istifadə edərək, bir daha vurğulamaq istəyirəm ki, Rusiya azərbaycanlıları bundan sonra da öz səylərini ölkələrimiz arasındakı etimad, xeyirxahlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə yönəldəcəklər. Məhz bu əsasda çalışırıq ki, Rusiya ictimai həyatının müxtəlif sahələrinə cəlb olunan azərbaycanlılar iki ölkənin strateji tərəfdaşlığının daha da inkişafına kömək etsinlər. Mən Ümumrusiya Azərbaycan Konqresinin istər Rusiyanın, istərsə də Azərbaycanın iqtisadiyyatına, elminə, təhsilinə, mədəniyyətinə sanballı töhfə verən onlarca, hətta minlərlə üzvünün adlarını çəkə bilərəm.

Həyatın özünün qarşımıza qoyduğu mühüm və mürəkkəb məsələləri uğurla həll etməyə, müasir dövrün tələblərinə cavab verməyə, onun ziddiyyətlərini aradan qaldırmağa ancaq sıx birləşmiş, yaxşı təşkil olunmuş diaspor qadirdir. Bu isə o deməkdir ki, müasir mərhələdə bir çox ölkələr üçün səciyyəvi olan diasporlar, zəif təşkil edilmiş, amorf birliklər nəinki səmərəsizdir, hətta həmvətənlərin sıx birləşməsi yolunda əngələ çevrilirlər. Bu gün peşəkar diaspor qurumu gərəkdir.

Mən təşkilatımızın daha da inkişaf etməsini, perspektivlərini icra aparatının möhkəmlənməsində, qəzetlə güclü təhlili informasiya blokunun yaradılmasında, geniş təhsil proqramlarının həyata keçirilməsində görürəm. Bu, Rusiya üçün xüsusilə əhəmiyyətlidir. Təşkilatın hər bir üzvünün fəallığını və məsuliyyətini artırmaq strategiyamızın əsas vəsiləsidir. Əlbəttə, Ümumrusiya Azərbaycan Konqresinin hər bir üzvü başa düşür ki, daimi maliyyə yardımı olmadan təşkilat uğurla işləyə və inkişaf edə bilməz. Üzvlük haqlarının müntəzəm surətdə daxil olması təşkilatımızın fəaliyyətini ciddi şəkildə möhkəmləndirir, onun sabitliyinin, başlıcası isə, müstəqilliyinin təminatçısına çevrilir. Təəssüf ki, heç də hamı bu sadə həqiqəti indiyədək dərk etməmişdir. Üzvlük haqları məsələsi təkcə maliyyə məsələsi deyil, bu həm də həmvətənlərimizin kamillik, siyasi şüurluluq dərəcəsini və təşkilatımızın nizamnamədə nəzərdə tutulan məqsəd və vəzifələrinin gerçəkləşdirilməsinə şəxsi maraq dərəcəsini göstərən mühüm ictimai-mənəvi amildir. Bunlara üç, hətta dörd əsas vəzifəni yerinə yetirməklə nail olmaq mümkündür. Birincisi, peşəkar icra aparatıdır. İkincisi, qəzetdir. Üçüncüsü, üzvlük haqları, üstəgəl diasporda üzvlüyün nüfuzlu olmasının dərk edilməsidir. Hazırda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və Ümumrusiya Azərbaycan Konqresinin irəlidəki beş ildə fəaliyyəti üçün reseptimiz belədir.

Millətimizin bütün dünyaya səpələnmiş nümayəndələri bu salona toplaşmışlar. Səpələnmiş, amma artıq pərakəndə olmayan nümayəndələri. Biz Azərbaycanla qırılmaz məhəbbət telləri ilə, Vətənimizə görə, xalqımıza görə, böyük mədəniyyətimizə görə, dünya sivilizasiyasına töhfəyə görə iftixar telləri ilə bağlıyıq.

Biz Azərbaycanın hüdudlarından kənarda yaşasaq da, Vətənimizin beynəlxalq nüfuzu məsələlərinə xüsusilə həssas yanaşırıq. Fəxr edirik ki, bədxahlarımızın fitnə-fəsadlarına baxmayaraq, gənc Azərbaycan dövlətinin beynəlxalq nüfuzu və hörməti gündən-günə artır, Azərbaycan dinamik inkişaf edir, problemlərimizin beynəlxalq birlik tərəfindən daha yaxşı başa düşülməsinə nail olur.

Hörmətli həmvətənlər!

Bildiyiniz kimi, bu yaxınlarda Moskvada, Basman bazarında çoxlu insan tələfatına səbəb olan faciə baş verdi. Onların əksəriyyəti azərbaycanlılar idi. Biz onların həlak olmasına dərindən kədərlənərək, bütün qohumlarına və yaxınlarına başsağlığı veririk. Bu kədərli hadisə göstərdi ki, indiki Azərbaycan dövləti və onun rəhbəri çətin anda Rusiyadakı hər bir azərbaycanlının yanındadır. Prezident İlham Əliyevin zərər çəkmiş bütün həmvətənlərimizə yardım və dəstək göstərilməsi üçün gördüyü konkret, mühüm, təxirəsalınmaz tədbirlər bu faciəni yaşayanların, öz yaxın və doğma adamlarını itirənlərin hamısında dərin minnətdarlıq və təşəkkür hissləri doğurdu. Fövqəladə hallar və səhiyyə nazirliklərinin Moskvaya göndərilən rəhbərləri, habelə Azərbaycan səfirliyinin işçiləri həmvətənlərimizə kömək göstərilməsi üçün mümkün olan hər şeyi etdilər. Diaspor da biganə qalmadı. Hazırda xəstəxanada olanların hamısı Moskvanın diaspor təşkilatlarının nəzarəti altındadır. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi humanitar aksiya Rusiyanın ictimaiyyəti və hakimiyyət qurumları arasında çox geniş müsbət əks-səda doğurdu. Heyranlığını gizlətməyən rusiyalılar Azərbaycan Prezidentinin tədbirlərini yüksək siyasi yetkinlik, insanlıq, öz ölkəsinin vətəndaşlarına qayğı təzahürü kimi qiymətləndirdilər. İcazə verin, mən də Rusiya azərbaycanlılarının dərin məmnunluğunu və minnətdarlığını ifadə edim.

Əminik ki, tarixi Vətənimiz xeyirdə də, şərdə də həmişə bizimlə olacaq, qayğı və diqqətini bizdən əsirgəməyəcəkdir. Sıx birləşmək zəruriliyini hamının dərk etməsi diasporumuzu bir böyük ailədə birləşdirir. Harada yaşasaq da, hər birimiz özünü Azərbaycan xalqının bir hissəsi kimi hiss edir. Biz Vətənin qayğıkeş münasibətinə həmişə ehtiyac duyacağıq. Lakin biz də Vətən qarşısında borclu qalmamalıyıq. İnsanların və Vətənin dəstəyimizə, həmrəyliyimizə ehtiyacı var.

İcazə verin, əmin olduğumu bildirim ki, Dünya azərbaycanlılarının II qurultayı müasir dünyada Azərbaycan millətinin nüfuz və hörmətinin daha da artmasına, ümummilli həmrəyliyimizin güclənməsinə doğru yolda yeni, mühüm mərhələ olacaqdır. Biz əminik ki, Prezident başda olmaqla Azərbaycan Respublikası bundan sonra da irəliləyərək, bütün dünya azərbaycanlılarını daha sıx birləşdirəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO