UNEC-də “Data analitika” ilə bağlı seminar keçiriləcək
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzi tərəfindən “Data analitika” ilə bağlı ödənişsiz seminar keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda dinləyicilər “Power BI” proqramının bütün komponentlərinin (“Power Query”, “Data Model”, DAX və s.) işləmə prinsipləri ilə tanış olacaqlar. Həmçinin “Power BI” ilə müxtəlif mənbələrdən olan datanı sürətli şəkildə əldə edərək vizual, dinamik hesabatları hazırlamaq üçün lazımi bilik və bacarıqlara yiyələnəcəklər.
Sonda iştirakçılara sertifikat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]