UNEC-də onlayn şahmat turniri keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən chess.com saytında şahmat turniri keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, turnirdə yarışmaq üçün 80-dən çox tələbə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən tələbələrdən ibarət “UNEChess” “whatsApp” qrupu və “chess.com” da şahmat klubu yaradılıb.
Maraqlı və gərgin keçən “UNEC THİK - online şahmat turniri”nin ilk yarışı başa çatıb. Birinci yerə İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Fərid Abdullayev, ikinci yerə Biznes və menecment fakültəsinin birinci kurs tələbəsi Hüseyn Hacıyev, üçüncü yerə Biznes və menecment fakültəsinin birinci kurs tələbəsi Vaqif Məmmədli layiq görülüblər.
Qaliblərə pul mükafatları və hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]