UNEC-in əməkdaşı Litvanın Vitautas Magnus Universitetinin fəxri səfiri seçilib
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva Litva Respublikasının Elm və Təhsil Nazirliyinin dövlət təqaüdünün qalibi olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Nərgiz Hacıyeva, eyni zamanda, Vitautas Magnus Universitetinin (VMU) siyasi elmlər və diplomatiya ixtisasından magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə məzunu olaraq, VMU-nun fəxri səfiri seçilib.
Nərgiz Hacıyeva bu il noyabrın 10-da Vitautas Magnus Universiteti və Litvanın Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “VMU məzunlarının dayanıqlığı və optimizmi” adlı beynəlxalq məzunlar forumunda “Elmi səlahiyyətlərin yolu: Litvadan dünyaya” mövzusunda çıxış edəcək.